Modern.az

Nazarbayev: “Ərdoğan Gömrük İttifaqına daxil olmaq üçün müraciət edib”

Nazarbayev: “Ərdoğan Gömrük İttifaqına daxil olmaq üçün müraciət edib”

25 Oktyabr 2013, 11:02

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin Gömrük İttifaqına qəbul olunmasını təklif edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, Avrasiya Ali İqtisadi İttifaqının Şurasında çıxışı zamanı bildirib.

“Mən eşitmişəm ki, deyirlər məsələn, Suriya Gömrük İttifaqının üzvü olmaq istəyir. Türkiyənin baş naziri Ərdoğan mənə müraciət edib. Olmaz Türkiyəni Gömrük İttifaqına qəbul edək? - deyə Qazaxıstan prezidenti qeyd edib. Nazarbayev bu imkanı müsbət qiymətləndirib.

“Türkiyə ümumi sərhədlərimiz olan böyük dövlətdir. Qərbdə hansı ölkəyə gedirsən, o saat sual verirlər: siz Sovet İttifaqını bərpa edirsiz, yoxsa Rusiyanın nəzarəti altında bir qurum yaradırsınız? Və izah etməyə məcbur oluruq ki, belə bir şey yoxdur. Bəlkə Türkiyəni qəbul edək və bütün suallar bitsin, tənqid dayansın”- deyə Qazaxıstanlı prezident təklif edib.    



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi