“Yeni müdafiə naziri general Zakir Həsənov nazirliyin işçilərini işdə olan nöqsanlara görə çıxartmayıb”. Bu sözləri Modern.az saytına açıqlamasında Respublikanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı Əliağa Hüseynov deyib. O qeyd edib ki, yeni nazirin əmri ilə işdən çıxardılanlar pensiyaya görə uzaqlaşdırılanlardır.
“Zakir Həsnov çox savadlı, tam hərbiçi adamdır. O təyin olunmayıb ki, gəlib sakitcə yerində otursun, əlbəttə islahatlar aparmalıdır və apardığı islahatları da bəyənirəm. Onun çıxartdığı işçilərin hamısının pensiya yaşı çatıb. Mən bildiyim məlumat belədir” deyə deputat vurğulayıb.
Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib.
Nazirin daha bir sıra idarə rəislərini də vəzifələrindən çxartdığı bildirilir.
Aytən ƏLİYEVA