Modern.az

Putin Ukraynanı HƏDƏLƏDİ: “Heç bir güzəşt olmayacaq”

Putin Ukraynanı HƏDƏLƏDİ: “Heç bir güzəşt olmayacaq”

Təhsil

25 Oktyabr 2013, 11:42


“Ukrayna Avropa Birliyi ilə assosiyativ üzvlük haqqında müqavilə imzaladıqdan sonra Gömrük İttifaqına qəbul ola bilməyəcək. Yox, bu mümkün deyil”. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Minskdə Avrasiya Ali İqtisadi Şurasının yekunlarına həsr olunmuş mətbuat konfransda bildirib. Bununla belə, Rusiya Ukraynanın avrointeqrasiya planlarına mane olmayacağını bildirib.
“Bu ümumiyyətlə bizim işimiz deyil. Bu Ukrayna rəhbərliyinin – prezidentinin, parlamentinin, hökümətinin suveren hüququdur”.

Putin Avropa Birliyi ilə assosoyativ müqavilə imzaladıqdan sonra Ukraynadan gələn mallara Rusiya sərhəddində heç bir gömrük güzəştlərinin olmayacağını bildiririb.
“Müqavilədən sonra Ukrayna istehsal olunan bütün mallar Avropa Birliyinin qaydalarına tabe olacaq. Bu isə Ukrayna mallarının Gömrük İttifaqının bazarlarına gəlməsinə səbəb olacaq. Biz bazarı müdafiə etmək üçün tədbirlər görəcəyik. Xeyr, Ukrayna malları qadağan olunmayacaq. Amma onlara azad ticarət zonasının heç bir güzəştləri şamil olunmayacaq”.

Onun sözlərinə görə bir sıra sahələrdə ölkələr arasında əməkdaşlıq zəifləyəcək. “Ölkələrimizin fərqli inteqrasiya birliklərdə olması Ukrayna ilə kosmos, maşınqayırma, gəmiqayırma, aviasiya və kənd təsərrüfatındakı əməkdaşlığımızı çətinləşdirəcək”.
Rusiyanın gələcəkdə Lissabondan Vladivostoka qədər vahid Avrasiya İqtisadi məkanını yaratmaq istədiyini bildirən Vladimir Putin bunun tədricən baş verəcəyini vurğulayıb.         

 Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat