Modern.az

Bu il müavinətlərə 267 milyon manat ödənilib

Bu il müavinətlərə 267 milyon manat ödənilib

İqtisadiyyat

11 Aprel 2024, 12:24

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 milyon manat, Prezident təqaüdləri üzrə 171 milyon manat ödənilib.

 

Üç ay ərzində 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə