Milli Məclisin bir qrup deputatı oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Tiflisə gedəcək. Modern.az bildirir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Milli Məclisin deputatlarından Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar.Modern.az