Modern.az

Almaniya kansleri Angela Merkel İlham Əliyevi təbrik etdi

Almaniya kansleri Angela Merkel İlham Əliyevi təbrik etdi

Təhsil

25 Oktyabr 2013, 13:58

Modern.az xəbər verir ki, Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir.
Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.
Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır.
Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm.
Hörmətlə,
 Angela Merkel
Almaniya Federativ Respublikasının Federal Kansleri".

Yeri gəlmişkən, Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk ayrıca olaraq İlham Əliyevə təbrik göndərib. “Mən təbriklərimlə yanaşı, ümidimi də ifadə etmək istərdim ki, ölkəniz demokratiya və hüquqi dövlətçiliyin inkişafı istiqamətində daha da irəli gedəcəkdir.
Azərbaycan həm bu yolda, həm də Avratlantik dəyərlər birliyinə istiqamətlənmə prosesində Almaniyanın dəstəyinə güvənə bilər.
Ali dövləti vəzifənizdə Sizə səmərəli fəaliyyət, uğurlar və işlərinizin avand olmasını səmimi qəlbdən arzu edirəm”-deyə alman prezident qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat