Modern.az

Sabah ölkə ərazisində dəyişkən hava olacaq

Sabah ölkə ərazisində dəyişkən hava olacaq

Təhsil

25 Oktyabr 2013, 14:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11 dərəcə, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.  

Azərbaycanın rayonlarına oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat