Modern.az

Naxçıvan-Ordubad yolunda qəza - 3 yaralı var 

Naxçıvan-Ordubad yolunda qəza - 3 yaralı var 

Hadisə

12 Aprel 2024, 23:28

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə