Modern.az

Moskvada Stalinin plakatlarına qadağa

Moskvada Stalinin plakatlarına qadağa

Təhsil

30 Aprel 2010, 09:38

Moskvada 9 may Qələbə gününə hazırlıq işləri başlayıb. Artıq bir çox yerlərdə Qələbənin 65 illik yubileyini rəmzi göstərən plakatlar, xüsusi bayraqlar asılır. Amma onların arasında Stalinin şəkli həkk olunmuş plakatlar gözə dəymir. Modern.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, küçələrdə Stalinin şəkli olan plakatlar olmayacaq. Bunu "Kommersant" qəzetinə müsahibəsində Moskva merinin müavini Lyudmila Şvetsova bildirib. Onun sözlərinə görə, əsas səbəb plakatlara qarşı vandalizm aktları haqda hədələrlə bağlıdır. Qeyd edək ki, əvvəlcə Moskva rəsmiləri bildirirdilər ki, Stalinə müxtəlif münasibətə baxmayaraq onun adını tarixdən çıxarmaq mümkün deyil və veteran təşkilatlarının özləri belə plakatların asılması haqda müraciət ediblər. Bir çox rus hüquq müdafiəçiləri və siyasətçilər də hesab edirlər ki, Stalinin mümkün plakatları milyonlarla repressiya qurbanlarının xatirəsinə xəyanətdır.  Ehtimallara görə, belə sərt reaksiya Moskva hökumətini şəhər küçələrinə Stalinin plakatlarını çıxarmamağa vadar edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir