Modern.az

Casus qalmaqalı: ABŞ 35 dövlət başçısının telefon danışıqlarını izləyib

Casus qalmaqalı: ABŞ 35 dövlət başçısının telefon danışıqlarını izləyib

İqtisadiyyat

25 Oktyabr 2013, 16:10

Amerika Milli Təhlükəsizlik Agentliyi dünyanın 35 dövlət başçısının telefon danışıqlarını izləyib. Modern.az İngiltərənin “Guardian” qəzetinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı, hazırda Rusiyadan siyasi sığınacaq alan Edvard Snouden qəzetə növbəti ifşaedici sənədlər ötürüb. Sənədlərdən aydın olur ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyi Ağ Evə, Dövlət Departamentinə və Pentaqona müraciət edərək xarici dövlət xadimlərinin telefon nömrələrini istəyib.
“Guardian” qəzetinə ötürülən sənədlərdən aydın olur ki, adı çəkilməyən məmurlardan biri agentliyə 30-u dövlət başçılarına məxsus olmaqla 200-dən artıq telefon nömrəsi verib.

Bundan əvvəl yalnız Braziliya və Almaniya rəhbərlərinin telefonunun Amerika xüsusi xidmət orqanları tərəfindən izlənildiyi ortaya çıxmışdı. Braziliya prezidenti Dilma Ruseffin Meksika prezidenti Enrike Penyi Nyeto ilə telefon və elektron yazışmalarının Amerika Milli Təhlükəsizlik agentliyi tərəfindən izlənilməsi böyük qalmaqala səbəb olmuşdu. Hətta buna görə xanım Ruseff Amerikaya baş tutacaq rəsmi səfərini də təxirə salmışdı.
“Heç bir demokratik dövlət öz suverenliyinin, vətəndaşlarının hüquqlarının bu şəkildə pozulmasına yol verə bilməz”-deyə Ruseff BMT Baş Assambleyasının iclasındakı çıxış zamanı narazılığını ifadə edib.

Artıq dövlət başçıları BMT-yə “İnternetdə Şəxsi Həyatın qorunmasına dair” qətnamənin qəbul olunması üçün müraciət edib. Qətnamə Amerika Milli Təhlükəsizlik Agentliyinin xarici onlayn-kommunikasiya vasitələrindəki casusluq fəaliyyətinə qarşı yönəlib.

 

Vüqar İsmayılov          

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır