Modern.az

Haker 1 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarını, parolunu satışa çıxarıb

Haker 1 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarını, parolunu satışa çıxarıb

İqtisadiyyat

30 Aprel 2010, 09:44

Kompüter hakeri 1 milyondan artıq Facebook istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən parolunu satışa çıxarıb. Bu məlumatlar Rusiyadakı bir İnternet saytında satışa qoyulub. Hər min nəfərə məxsus məlumat 45 dollara satılıb. Bu məlumatlardan cinayət məqsədilə istifadə oluna biləcəyinə dair narahatlıqlar var.

Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, Amerikanın informasiya texologiyaları təhlükəsizliyi şirkəti Defence bildirb ki. Facebook-dakı şəxsi detallların Rusiyanın internet saytında satışı bir neçə ay davam edib. Özünü Kirillos adlandıran şəxs satışı reklam edib.

Deyilənlərə görə, məlumatlarda 1 milyon yarım istifadəçinin parolu və login detalları varmış. Facebook bu barədə şərh verməyib.

Təhlükəsizlik ekpsertləri deyir ki, Facebook-un özünün hak olunub-olunmadığı məlum deyil. Təhqiqatçılar məlumatın Facebook-dan yox, minlərlə şəxsi kompüterdən götürülməsi nəzəriyyəsini araşdırırlar.

Bu məlumatların satışa çıxarılması informasiya texnologiya cinayətlərinin Rusiyadan yayılması məsələsini bir daha diqqət mərkəzinə gətirib. Ölkənin təhsil sistemi güclü kompüter ekspertləri yetişdirməyə qadirdir. Bir çoxları Rusiyada legitim karyera yolu seçir və yaxud Qərbdə daha gəlirli işlərə baş vurur, amma kompüter cinayətlərinə qoşulmaq qərarına gələnlər də yaxşı pul qazanır.

Ekspertlər deyir ki, biznesmenlərin və yaxud hökumətə yaxın təşkilatların işə götürdüyü hakerlər Rusiyada bir problemdir. Narahatlıq bundadır ki, Facebook-dan götürülmüş real məlumatlar şəxsiyyətin, kredit kartların oğurlanması və yaxud milyonlarla spam elektron məktubların göndərilməsi məqsədilə istifadə oluna bilər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi