Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq konfransın son günü Qafqaz universitetində davam edir. Bu barədə Modern.az saytına Qafqaz universitetinin mətbuat xidmətindən bildirilib. 26 ölkənin İT üzrə alimlərinin iştirakı ilə keçirilən konfransda alimlərin məruzələri dinlənilir, ayrı ayrı sahələr üzrə bölmə görüşləri keçirilir.
Amerikalı Professor at the Department of Computer Science, Stony Brook University Steven Skiena öz çıxışında bildirib ki, Azərbaycan xalqı çox yaxşı xalqdır həmdə maraqlı bir ölkədir. O Qafqaz universitetinin bele bir konfrans təşkil etməsini burada oxuyan tələbələrin konfransda fəal iştirakını yüksək qiymətləndirib və Qafqaz universitetinin dünyanın elm mərkəzlərindən birinə çevirildiyini vurğulayıb.
Türkiyədən konfransa qatılan Əşrəf Adalı 21-ci əsrdə informasiya texnologiyasının xüsusi əhəmiyyəti olduğunu söyləyib. Bakıda keçirilən konfransın Azərbaycan elminin və sənayesinin inkişafında xüsusi yeri olacaq. Çünki bütün sahələrin bünövrəsini kompyuter mühəndisliyi təşkil edir. Türkiyədən 50 nəfər komputer mühəndisliyi kafedra müdirləri Qafqaz universitetindədir. Onlar həm beynəlxalq konfransda iştirak edirlər və eyni zamanda iclaslarını burada keçirirlər. Biz Azərbaycanlı alimlərlə bir araya gəlib elmi müzakirərlər aparırırq..
Rusiyadan konfransda iştirak edən alimlər kiber təhlükəsizliyi haqda mühazirələrlə çıxış ediblər. Moskva Dövlət universitetin İnformasiya təhlükəsizliyi institutunun Direktor müavini Valeri Yaşinka deyirki hər kəs diqqətli olmalıdır. Bü gün informasiya texnologiyasından istifadə edərək istər danışığın, istər görüntülərin bir neçə il sonra o qarşına atəş olaraq çıxa bilər. Belə təkliflər olurki ən yaxşısı bu vasitələrdən istifadə etməməkdir, amma bu mümkün deyil. Konfransın son gününü dəyərləndirən konfransın təşkilatçısı Qafqaz universitetinin dossenti Abzetdin Adamov bildirdi ki, dünyanın İT sahəsində öndə gedən alimləri qatılıb.O qeyd edib ki, dövlət strukturlarının bu konfransda iştirakı konfransın önəmindən xəbər verir. Azərbaycanda İKT ili çərçivəsində belə bir səviyyəli konfransın keçirilməsi çox əhəmiyyətlidir. Ölkəmizdə bu sahənin inkişafında xüsusi yeri olacaq. Qafqaz universitetinin dossenti bildirib ki, konfransın 10-cu yubiley tədbirini də 2016-cı ildə Bakıda keçirməyi planlaşdırırıq.
Modern.az