Modern.az

Bu da yeni həmsədr Popov:”Xankəndi danışıqlarda iştirak etməlidir”

Bu da yeni həmsədr Popov:”Xankəndi danışıqlarda iştirak etməlidir”

Təhsil

30 Aprel 2010, 10:05

st1:*{behavior:url(#ieooui) }

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri İqor Popov İrəvanda keçirdiyi görüşlərdən sonra   Xankəndinə səfər edib. Modern.az  erməni mətbuatına istinadən xəbər verir ki, İ.Popov   Dağlıq Qarabağ separatçılarının “prezidenti” Bako Saakyanla görüşüb.  Görüşdən sonra jurnalistlərə açıqlamasında Popov keçmiş həmsədr Yuri Merlyakovdan fərqli olaraq ziddiyyətli bəyanat verib. Erməni mətbuatı yazır ki, Popov qeyd edib ki, qondarma rejim Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda iştirak etməlidir. Popov daha sonra Xankəndinə səfəri və Saakyanla görüşünün məramını belə izah edib:

“Bu bir protokol görüş idi. Biz Bako Saakyanla əsasən sosial iqtisadi məsələlərdən danışdıq. Xankəndində hava limanının inşası ilə bağlı müzakirələr apardıq. Mən çalışacağam ki, səylərimi artıraraq münaqişənin tezliklə həllinə nail olum. Hesab edirəm ki, müəyyən mərhələdə qondarma Dağlıq Qarabağ rejimi danışıqlarda iştirak etməlidir. Gələn həftə Vyanada biz həmsdərlər görüşəcəyik, bununla da protokol mərhələ başa çatacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir