Modern.az

Çadra örtən qadınlar 15 avrodan 25 avroyadək cərimələnəcəklər

Çadra örtən qadınlar 15 avrodan 25 avroyadək cərimələnəcəklər

Təhsil

30 Aprel 2010, 10:10

Amnesty International Amerika hüquq müdafiə təşkilatı niqab və çadranı qanunla qadağan edən  Belçika parlamentinin qərarına etiraz edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amnesty International çadra və niqabın qadağan olunmasını təhlükəli insident adlandırıb. Hüquq-müdafiəçiləri qeyd edir ki, belə bir qərar təhlükəli nəticələrə yol aça bilər. “Baş örtyünün tam qadağan olunması çadra və niqabdan istifadə edən qadınların dini etiqad azadlığı hüququnun pozulmasıdır”,-deyə təşkilatın ekspertləri bildirir. Təşkilat Avropada ilk dəfə təsadüf olunan bu cür qadağanın arzuolunmaz qorxulu  fəsadlar verə biləcəyi barədə xəbərdar edib.

Qeyd edək ki, Belçika parlamentinin aşağı palatasında müsəlman qadınların ənənəvi geyiminin qadağan edilməsi üzrə səsvermə keçirilib. 134 deputat qərarı dəstəkləyib. Sənədin əleyhinə səs verən olmayıb. Cəmi iki deputat isə bitərəf qalıb. Beləliklə də bundan sonra küçə, park, bağça, idman meydançası, ictimai iaşə və məişət xidmətlərinin göstərildiyi binalarda niqablı çarşabda getmək qadağan edilir. Yalnız müəyyən mərasimlərdə çadraya icazə verilə bilər. Amma bunun üçün bələdiyyə orqanlarının razılığı alınmalıdır. Qadağanı pozanlar 15 avrodan 25 avroyadək cərimə olunacaq və ya yeddi günədək müddətə azadlıqdan məhrum ediləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir