Modern.az

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Təhsil

26 Oktyabr 2013, 17:30


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 26-da Gəncə şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər və Xocalıdan olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

Daha sonra R.Usubov Gəncə BŞPİ Kəpəz Rayon Polis İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

General-polkovnik R.Usubov Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən virtual təlim keçirilməsi üçün xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxıb.

Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraitin yaradılmasından məmnunluğunu bildirib.

Daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib.
General-polkovnik R.Usubov möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə gedən geniş quruculuq işlərinin Azərbaycanın ikinci böyük şəhərinin də simasını büsbütün dəyişdiyini, Gəncənin daha da gözəlləşdiyini diqqətə çatdırıb.

Nazir əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işində səylərini əsirgəməyəcək.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat