Modern.az

“Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər”

“Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər”

Təhsil

30 Aprel 2010, 10:12

Bu gün Bakıda  Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda dəyirmi masa keçiriləcək. Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və jurnalistika fakültəsinin müəllimi Devid Barçard məruzəçi qismində çıxış edəcəklər. Məqsəd Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında fərqləri və ziddiyyətləri müəyyənləşdirmək, bu istiqamətdə ekspertlərlə fikir mübadiləsi aparmaqdır. Dəyirmi masada Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?