Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə ərazisindəki səsvermədə 3 milyon 537 min 719 nəfər seçicinin iştirakı gözlənilir.
Seçkilərdə iştirak edən prezidentliyə namizədlərin sayı 23 nəfərdir. Amma əsas mübarizənin 3 namizəd – hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze və Vahid Milli Hərəkat Partiyasının təmsilçisi David Bakradze arasında gedəcəyi vurğulanır.
Modern.az