Modern.az

Müdafiə naziri orduda daha bir təyinat gerçəkləşdirib

Müdafiə naziri orduda daha bir təyinat gerçəkləşdirib

Təhsil

27 Oktyabr 2013, 15:46

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov kadr islahatlarını davam etdiri. Modern.az hərbi ekspert Üzeyir Cəfərova istinadən bildiri ki, nazirin əmri ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.

Hərbi ekspert deyir ki, böyük ehtimalla, polkovnik Ənvər Əfəndiyev yaxın vaxtlarda bu birləşmənin komandiri, general-mayor Nizam Osmanovu əvəzləyəcək.

”Nizam Osmanov hələ sabiq müdafiə naziri Səfər Əbiyev dönəmində səhhəti ilə əlaqədar vəzifəsindən azad olunması üçün müraciət etmişdi”-deyə Ü.Cəfərov məlumat verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat