Modern.az

Dönərin «ixtiraçısı» vəfat edib

Dönərin «ixtiraçısı» vəfat edib

27 Oktyabr 2013, 15:56

/file/articles/2013/10/27/94179.jpg
80 yaşında Berlində vəfat etmiş Kadir Nurman dönərin «ixtiraçısı» sayılır. Evlərində xörək bişirməyə vaxtı və həvəsi olmayan milyonlarla Avropa qadını üçün Kadir Nurmanın kəşfi xilas yolu olub.

“Azadlıq” radiosunun məlumatına görə, Kadir Nurman dönəri kababın qəlyanaltı növü kimi ixtira edib.

Almaniyaya mühacir kimi gələn Kadir Nurman dönəri 1972-ci ildə ixtira edib. O fikir verib ki, işgüzar almanlar ayaqüstü yeyib, daha vacib işlərlə məşğul olan insanlardır.

Xarici qəzetlər yazır ki, dönərin başqa «ixtiraçılarının» adları çəkilsə də, Türkiyə Dönər İstehsalçıları Assosiasiyası 2011-ci ildə onun müəllifi kimi məhz Kadir Nurmanı tanıyıb.

Bu gün təkcə Almaniyada 16 min dönərxana var.

Bütün Avropada hazırlanan dönər üçün ətin 80 faizi Almaniyadan idxal olunur.

Almaniyaya 1960-cı ildə gəlmiş Kadir Nurman öz kəşfinə beynəlxalq patent almaq üçün heç vaxt müraciət etməyib.

2011-ci ildə «Frankfurter Rundschau» qəzetinə verdiyi müsahibədə Kadir Nurman bu barədə heç bir peşmançılıq keçirmədiyini deyib.

Əvəzində bildirib ki, milyonlarla Avropalıya ləzzətli qəlyanaltı, yüz minlərlə mühacir türkə isə çörək verdiyindən məmnundur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı