Modern.az

Georgi Marqvelaşvili Gürcüstanın yeni prezidenti seçilib

Georgi Marqvelaşvili Gürcüstanın yeni prezidenti seçilib

Təhsil

27 Oktyabr 2013, 21:26

Amma bu, hələlik "exit-poll"un nəticəsidir

/file/articles/
Oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçirilib. Seçkilərdə iştirak edən prezidentliyə namizədlərin sayı 23 nəfərdir. Amma əsas mübarizə 3 namizəd – hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze və Vahid Milli Hərəkat Partiyasının təmsilçisi David Bakradze arasında gedib.

Modern.az “Novosti-Qruziya” saytına istinadən xəbər verir ki, Gürcüstandakı prezident seçkilərində “exit-poll” təşkil edən üç qurumun açıqladığı nəticələr görə, "Gürcü arzusu" koalisiyasının Giorgi Marqvelaşvili birinci turda qalib gəlib.
GFK şirkətinin təşkil etdiyi exit-pollun nəticələrinə görə, Giorgi Marqvelaşvili 66.7 faizlə rəqiblərini geridə qoyub.

Ukraynaın SOCİS təşkilatının keçirdiyi “exit-poll” nəticələrinə görə isə Georgi Marqvelaşvili 65 fazi səslə qalib gəlib.

Gürcüstanın baş naziri, "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili Georgi Marqvelaşvilinin uğur qazanmasını "Böyük qələbə" adlandırıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat