Modern.az

Neft Akademiyası ətrafında gərginlik: polis gənclərin anım mərasiminə mane olub

Neft Akademiyası ətrafında gərginlik: polis gənclərin anım mərasiminə mane olub

Təhsil

30 Aprel 2010, 10:46

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) II korpusunda törədilən terror hadisəsindən1 il keçir. Bu münasibətlə aprelin 30-da səhər saatlarında ADNA-nın tələbələri və gənclər ali təhsil ocağının binası qarşısında aın mərasimi keçirmək istəyiblər.

Lakin əraziyə cəlb edilən polislər buna imkan verməyiblər. ”Azadlıq” radiosunun məlumatına görə, ADNA-nin korpusunun qabağına 10-dək polis maşını və bir neçə avtobus polis gətirilib. Tələbələrin akademiyanın qabağına düzdüyü güllər bir dəqiqə sonra Nəsimi Rayon Polisi tərəfindən yığışdırılıb, ora toplaşmış 50-dək tələbə isə uzaqlaşdırılıb. Akademiyanın əməkdaşı deyib ki, güllər təhsil müəssisəsinin içərisinə düzüləcək. Ancaq tələbələri içəri də buraxmayıblar. Metronun “28 may” stansiyasından Neft Akademiyasının binasına tərəf gedən yolda piyadaların hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda ancaq bu korpusda təhsil alan tələbələri binaya buraxırlar, qalanlara faciə qurbanlarının qəbirlərini ziyarət etməyi məsləhət görürlər. 28 May metro stansiyası ətrafında toplaşmış mülki geyimli şəxslər metrodan çıxan gəncləri Neft Akademiyasının ikinci korpusunun yerləşdiyi Dilarə Əliyeva küçəsinin istiqamətindən əks tərəfə yönəldir.

Bu gün tələbələrin Cəfər Cabbarlı meydanında həmrəylik mitinqi keçirəcəyi gözlənilir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyaya icazə verməyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır