Modern.az

“Xaricdəki tələbəmiz” - “Əvvəl elə fikirləşirdim ki, Rusiyada rüşvət yoxdu” - MÜSAHİBƏ

“Xaricdəki tələbəmiz” - “Əvvəl elə fikirləşirdim ki, Rusiyada rüşvət yoxdu” - MÜSAHİBƏ

Müsahibə

28 Oktyabr 2013, 10:12


Modern.az
saytı “Xaricdəki tələbəmiz” layihəsini davam etdirir. Bu layihə çərçivəsində aldığımız müsahibədə xaricdə təhsil alan gənclərimiz yaşadığı ölkənin mədəniyyəti, təhsili, qarşılaşdığı problemlər barədə danışır.

Növbəti müsahibiz Rusiyada təhsil alan 1993-cü il təvəllüdlü İlqar Əhməd oğlu Babayevdir. İlqar Babayev Qubkin adına Rusiya Neft-Qaz Universitetinin mühəndislik fakültəsinin 3-cü kurs tələbəsidir.

- Niyə ali təhsilini Rsiyada almağa qərar verdin?

- Əslində bu haqda məndən qabaq valideynlərim qərar vermişdilər. Mən də oların bu istəyinə qarşı çıxmadım. Peşiman da deyiləm.

- Nə qədər təhsil haqqı ödəyirsən?

- İllik təhsil haqqi 60 min rubuldu ki, bu da Azərbaycan pulu ilə 1600 manat edir.  

- Aylıq xərcin çox çıxır?

- Əslində elə çox xərcləmirəm, orta hesabla 33 min rubl (1000 manat). 

- Təhsilin kefiyyəti barədə nə demək olar və Rusiya universitetlərindəki təhsil Azərbaycandakı ali məktəblərinin verdiyi təhsildən nə ilə fərqlənir?

- Dərslərimiz saat 9.00-da başlayır. Günün çox hissəsini universitetdə keçiririk,  dərslərdən əlavə maraqlı praktikalarımız olur. Təhsilə çox ciddi fakir verilir. Hər gün yeniliklər olur. Tələbələrlə tez-tez maraqlı sorğular keçirilir. Burada müəllimlər tələbələrlə dost olmağı bacarırlar. Cəkinmədən hər şey haqqda soruşmaqda sərbəstik. Fərq isə ondadır ki, Rusiya ali məktəblərinəd təhsil alan gənclərə çox diqqət ayrılır. Biz indidən öz sahəmiz üzrə praktikalara gedib, çox şey öyrənə bilirik. Gənclərə güzəştlər olunur. Məncə Rusiada verilən təhsil azərbaycandakından üstündür.


- İmtahanları özün verirsən, yoxsa..?

- Sessiyalarımız dekabr və may ayında olur. Bizim qrupda elə tələbələr var ki, imtahanı özləri verir, elələri də var ki, pulunu verir. Bir sessiyanin qiyməti 20 min rubldur (400 manat). İmtahanlar isə 10 min rubldu (250 manat) çox az tələbə bundan istifadə edir. Əvvəl elə fikirləşirdim ki, Rusiyada rüşvət yoxdu. İnanın ki, burda da rüşvət rol oynayır. Sadəcə, burda rüşvətin məbləği bizdəkindən aşağıdır.

- Yataqxada qalırsan, ya kirayədə?

- Təhsil aldığım ali məktəbin yataqxanası var, orda qala bilərik. Amma biz 4 tələbə birləşib mənzil kirayə tutmuşuq. Onlardan ikisi Dagıstandandır, biri mən, o biri də rusdur. Kirayə haqqı 33 min rubldur (1100 manat). Bunu da dörd yerə bölürük. Yoxsa tək kirayə qalmaq cətin olar. Çünki Moskvada ev kirayələməyin qiyməti çox yüksəkdi.

- Digər hansı problemlər var?

- Ən əsas problemim yeməklə bağlıdır. Milli yeməklər üçün çox darıxıram. Demək olar ki, kolbasa, “kartoşka”, toyuq yeyirik. Hər gün eyni şeyləri yemək adamı bezdirir. Ən çox anamın yarpaq dolmasi üçün darıxmışam. 

- Orxan Zeynalov olayından sonra orada tələbə yoldaşlarının, müəllimlərin, kirayədə qaldığın mənzilin qonşularının sənə münasibəti dəyişmədi ki?

- Xeyr, təbii ki, bu işdə azərbaycanlının adının cəkilməsi mənə pis təsir edir. Çünki mən həmişə burada fəxrlə deyirəm ki, mən azərbaycanlıyam. Bu olaylardan sonra ətrafımda olan insanlar hiss edirlər ki, mən bir qədər sıxıılıram və çalışırlar bu mövzu haqda mənim yanımda danışmasınlar. Bəziləri isə deyirlər ki, ruslar da az azərbaycanlı qanı tökməyib, bəs niyə onda siz də bunun hesabını sormursunuz.

- İşhlə bağlı düşünmüsənmi, Rusiyada qalıb işləyəcəksən, yoxsa Azərbaycana qayıdacaqsan?

- Təbii ki, istəyərəm öz vətənimdə işləyəm. Doğmalarımın yanında.yaşayam. Amma burda yaxşı təkliflər olsa, dəyərləndirəcəm. Cünki Azərbaycanda iş tapmaqla bağlı cətinliklər var. Həm də Rusiyada təcrübə yiğmaq da daha asandır.


Gülnarə Bünyatova

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı