Modern.az

Ağcabədidə maşın su kanalına düşüb, bir ailənin 4 üzvü boğulub

Ağcabədidə maşın su kanalına düşüb, bir ailənin 4 üzvü boğulub

Təhsil

28 Oktyabr 2013, 10:13

Ağcabədidə ötən gecə dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan Əhmədov Afiq Asif oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında su kanalına düşüb.

Nəticədə maşında olan 5 nəfərdən dördü – sürücü, onun həyat yoldaşı Əhmədova Lətafət Eliş qızı, sürücünün anası Əhmədova Qönçə Əhmədalı qızı və xalası Quliyeva Səriyyə Əhmədalı qızı kanalda boğularaq ölüb.

Maşında olan digər şəxs - sürücünün xalası oğlu Əhmədov Rəşid Əyyub oğlu xilas ola bilib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat