Azərbaycan Pakistanın qırıcı təyyarələrinə maraq göstərir. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Pakistan İslam Respublikası 2014-cü ildən “JF-17 Thunder” tipli yüngül qırıcı təyyarələrin xaricə satışına başlayacaq. Çinlə müştərək yaradılan təyyarələr Pakistan Aviasiya kompeksində istehsal olunur. Artıq ölkənin hərbi dairələri Şri-Lanka, Küveyt və Qətərlə qırıcıların satışına dair danışıqlar aparır. Potensial alıcılar içərisində Azərbaycanın da adı çəkilir.
Xatırladaq ki, bir “JF-17 Thunder” qırıcısının satış qiyməti 25-40 milyon dollar təşkil edir.
Vüqar İsmayılov