Modern.az

Rusiyadakı azərbaycanlıları evlərdə yoxlamağa başladılar - deportasiya olunanlar var

Rusiyadakı azərbaycanlıları evlərdə yoxlamağa başladılar - deportasiya olunanlar var

Təhsil

28 Oktyabr 2013, 10:35


Rusiyadakı azərbaycanlılar hələ də rahat nəfəs ala bilmirlər. Modern.az saytının məlumatına görə, sənədlərlə bağlı yoxlanışlar davam edir. Metroda, şəhərdə, ticarət mərkəzində, parklarda, uşaq meydançalarında bütün qafqazlıları yoxlayırlar. Artıq iki gündü evlərdə də yoxlamalar başlayıb.
Maraqlısı odur ki, evlərdə aparılan yoxlamalar səhər saat 5-6 radələrindı həyata keçirilir.
Moskvadakı soydaşlarımız saytımıza bildiriblər ki, Adil İsmayılov adlı azərbaybaycanlının evində aparılan yoxlanışdan sonra onun ailəsinin 3 üzvünü deportasiya ediblər.
Yoxlamanın niyə səhər saat 5-6 radələrində aparılmasına gəlincə, rus hüquq-mühafizə işçiləri bunu belə izah ediblər:

'Bizə deyiblər ki, evlərdəki yoxlamalar elə vaxt keçirilsin ki, həmin müddətdə hamı evdə olsun. Bu halda qanunsuz miqrantları aşkarlamaq daha asan olur”.

Yoxlamlar artıq təhsil ocaqlarında da aparılır. Rusiyada bir dəfə qanunu pozan miqrantların 5 il ölkəyə buraxılmaması barədə qərar verilib. Rusiyada ailəsi olan soydaşlarımız, iş adamlarımız, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz arasında bu problemlə üzləşənlər var.
Qeyri-rəsmi məlumatlara görə, oktyabr ayının 10-dan sonra – məlum Orxan Zeynalov olayı baş verəndən bəri  Rusiyadan Azərbaycana qayıdanların sayı 150 nəfərə çatıb.

Gülnarə Bünyatova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat