Modern.az

Folklorşünasdan aşıqlara mesaj: “İçki məclisinə gedənə yazığım gəlir”

Folklorşünasdan aşıqlara mesaj: “İçki məclisinə gedənə yazığım gəlir”

İqtisadiyyat

28 Oktyabr 2013, 11:04

“Məclislərdə saza qarşı çox hörmətsizlik görürəm”. Bunu Modern.az-a Elmlər Akademiyası Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli deyib.

“Toyda, səs-küydə, müxtəlif musiqi qavrayışlarının müxtəlif olduğu bir yerdə saza diqqət göstərilməsinə inanmıram. Hərənin öz musiqi dünyası var. El məclislərində sazı təbliğ etmək çox çətin məsələdir. Ora ancaq öz azuqəsi, gün-güzəranı, ruzisi üçün saz çalan insanlar gedir. Onlara mənim yazığım gəlir. Özümüz də toylarda olur və hər şeyi gözümüzlə görürük. İçki məclisində aşığa nə maraq olacaq ki!? Aşıq orda özünü aça bilmir”.

E. Məmmədli telekanallarda aşıq yaradıcılığının zəif təbliğindən də gileylənib. “Televiziyalarda aşığı tərpənməyə qoymurlar. Bəzən də onları şouya qatırlar. Aşıqların şouya qatılması təbii ki, yaxşı hal deyil. Televiziyalara üz tutub deyirəm, muğamı təbliğ etdiyiniz kimi sazı da təbliğ etmək lazımdır. Muğamın təbliğinə çox sevinirəm. Amma bu diqqət saza da göstərilməlidir“.


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü