Modern.az

Türkiyəli qonaqlar Bakı Ali Neft məktəbində olublar

Türkiyəli qonaqlar  Bakı Ali Neft məktəbində olublar

Təhsil

28 Oktyabr 2013, 10:28

Bakı Ali Neft Məktəbində Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK)  idarə heyətinin rəhbəri  Erbil Payzın ,  MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin  Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olub. Bu barədə  Modern.az –a Bakı Ali Neft məktəbinin mətbuat xidmətinin rəhbəri  məlumat verib.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında  qonaqlara  ətraflı məlumat verib. E.Qasımov  qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir və bu gün də neft-qaz və kimya  sənayesi ölkə  iqtisadiyyatının inkişafında  əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara  cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda  qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov  dövlət başçısı, cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən  islahatlar haqqında  ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. E.Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə  təhsil sahəsində  aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünyanın aparıcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Bunun uçun  biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında  formalaşdırırıq. Qardaş Türkiyə dövlətinində təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini  qeyd edən E.Qasımov bildirib ki, BANM üçün Türkiyə  təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.

Görüşdə iştirak edən MÜDEK-in idarə heyətinin rəhbəri Erbil Payzın bildirib  ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda  bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulayıb ki, hər iki dövlət  ölkələrimizlə bağlı  istənilən  məsələlərin həllində bərabər addım atır və  hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə  günü-gündən  inkişaf edən  Azərbaycanda beynəlxalq  standartlara  cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə  müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə  və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildiriblər.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat