Modern.az

Rəsul Quliyev Milli Şuranı yenə “vurdu”: “Müxalifətin xalqa deməyə sözü yoxdur”

Rəsul Quliyev Milli Şuranı yenə “vurdu”: “Müxalifətin xalqa deməyə sözü yoxdur”

Təhsil

28 Oktyabr 2013, 11:55

Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacirətdə olan lideri, eks-spiker Rəsul Quliyev Milli Şuranın dünən keçirilən mitinqini “topa tutub.

Modern.az saytının məlumatına görə, R.Quliyev eyni zamanda iqtidarın ünvanına da “daş atıb”.

“Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyildir. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar.
Son mitinq bir daha göstərdi ki, Milli Şura deyilən təşkilat zəifləmiş İctimai Palatadan və plyus Cəmil Həsənlidən ibarətdir.
Son mitinq bir daha göstərdi ki, müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər.
Çox şey sadalamaq olar, ancaq bir şey gün kimi aydındır. Milli Şura deyilən qurum ya real müqavimət planı hazırlayıb xalqın müzakirəsinə verməli və camaatı çaşdıran əməllərindən əl çəkməlidir, ya da çəkilib getməlidir”.

Rəsul Quliyevin sözlərinə görə, hakimiyyətin apardığı siyasətlə Azərbaycan xalqı heç vaxt nə ölkəsinin ,nə də özünün sahibi ola bilər.
”Rəqabət prinsipinin həm siyasətdə, həm də iqtisadiyyatda olmaması ölkənin inkişafına və xalqın hər bir üzvünün normal yaşamasına imkan yarada bilməz.
2 milyona yaxın insanın birbaşa və əlavə 1 milyonun bilavasitə neft dollarından asılı olması, dünya enerji təminatında radikal dəyişiklik baş versə və ya enerji resursları ölkədə azalsa, xalq üçün fəlakətlə nəticələnəcək”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat