Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti, ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin edib.
Modern.az saytının xəbərinə görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. O, bildirib ki, ehtiyatda olan general-mayor Müdafiə Nazirliyində yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.
Üzeyir Cəfərov bildirib ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir. Bu səbəbdən də Nəcməddin Sadıqovla bağlı verilən proqnozlar özünü doğruldacaq.
Gültəkin ƏLƏSGƏR