Modern.az

RSXM-in daha 4 seysmik stansiyası fəaliyyətə başladı

RSXM-in daha 4 seysmik stansiyası fəaliyyətə başladı

Təhsil

28 Oktyabr 2013, 12:11

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin telemetrik seysmik stansiyalar şəbəkəsi genişlənməkdə davam edir. Mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasinda tikinti- quraşdırma işləri başa çatıb və stansiyalar işə başlayıb. Bu stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır. Bu haqda Modern.az saytına  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda AMEA nəzdində RSXM-in quruda 35 telemetrik stansiyasi fəaliyyət göstərir. Bundan başqa bu il ərzində mərkəz tərəfindən respublika ərzisində 21 GPS stansiya quraşdırılıb. Daha bir GPS stansiyanın isə Saatlı rayonu ərazisində qazılıb dərinliyi 8324 metr olan quyu üzərində quraşdırma işləri başa çatmaq üzrədir. Qeyd edək ki, bu quyu öz dərinliyinə görə dünyada 3-cü quyudu. Həmin quyu üzərində quraşdırılmış GPS stansiya vasitəsi ilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaqdır.

Məlumat üçün onu da bildirək ki, AMEA nəzdində RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat