Modern.az

Baş nazir müavinlərinin təqdimatı - Nazirlər Kabinetindən AÇIQLAMA

Baş nazir müavinlərinin təqdimatı - Nazirlər Kabinetindən AÇIQLAMA

Təhsil

28 Oktyabr 2013, 13:02

“Baş nazirin müavinlərinin təqdimatı olub-olmadığını deyə bilmirəm. Çünki mən bu prosesdə iştirak etməmişəm”. Bu sözləri Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib . O, qeyd edib ki, prezidentin sərəncamı imzaladığı gündən nazir müavinləri dərhal işə başlayırlar.

“Onların hər biri iş başındadır. Amma təqdimat barəsində heç nə deyə bilməyəcəyəm”.

Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Baş nazirinin müavinləri vəzifəsinə isə Abid Şərifov, Elçin Əfəndiyev, Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov təyin olunub.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat