Modern.az

YAP-çı deputat Rəsul Quliyevə “dəstək verdi”

YAP-çı deputat Rəsul Quliyevə “dəstək verdi”

Təhsil

28 Oktyabr 2013, 16:52

Milli Şuranın sabiq üzvü Rəsul Quliyev Facebook-dakı şəxsi səhifəsindən Milli Şuraya açıq məktubla müraciət edib. Məktubda o, Milli Şuranı uğursuz siyasətdə və hakimiyyətə qarşı loyal olmaqda ittihamlayıb.

YAP icra katibinin müavini, deputat Səyavuş Novruzov bu ittihamların gözlənilən olduğunu bildirib.
“Rəsul Quliyev həmkarlarını təhqir etdi, ələ saldı, multfilmə bənzətdi. Əvvəllər də demişdim ki, Rüstəm İbrahimbəyovu da, Cəmil Həsənlini də, Milli Şuranı da hökumətə işləməkdə ittiham edəcəklər. Bu ittihamlar tez-tez eşidiləcək”.

S. Novruzovun fikrincə, Milli Şura xaricdən maliyyələşir və onun rəhbərliyi şəxsi məqsədlərini güdürlər.
“Milli Şuraya toplaşan insanlar sadəcə toplaşmışdılar ki, xarici ölkələrdən maliyyə dəstəyi alsınlar. Bu pul partiyalar arasında düzgün bölüşdürülmədi. Ona görə bəzi partiyalar Milli Şuradan uzaqlaşdırıldı. Bir neçə mitinq keçirdilər və bununla işlərini başa çatmış hesab etdilər”.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat