Modern.az

“Orxan Zeynalovun işi ilə bağlı narazılığımızı ünvanına çatdırdıq”

“Orxan Zeynalovun işi ilə bağlı narazılığımızı ünvanına çatdırdıq”

Təhsil

28 Oktyabr 2013, 17:35


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyev MDB PA-nın  Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 23-dən 26-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olublar. Millət vəkili Fəzail Ağamalı səfər çərçivəsində gördükləri işləri Modern.az-la bölüşüb.
O bildirib ki, ilk səfər günü deputatlar bəyanatla çıxış edərək Moskva sakini Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirləndirilən şəxs kimi saxlanılmasının Azərbaycanda ciddi narahatlıq yaratdığını deyiblər.

“Oktyabrın 25-də isə beynəlxalq konfrans oldu. Arif Rəhimzadə bir daha Moskvada baş vermiş hadisələrin üzərində dayandı və kifayət qədər kəskin etirazını çıxışında ifadə etdi. Bu formatda öz narazılığımızı bildirdik, ikitərəfli görüşlərdə bu məsələni qaldırmağa ehtiyac duymadıq”, – deyə F.Ağamalı bildirib.

  Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat