Modern.az

Sumqayıtda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalını keçirilir

Sumqayıtda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalını keçirilir

25 Sentyabr 2009, 10:08

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı təşkil olunub. Modern.az xəbər verir ki, festivalın açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Ramiz Həsənov və Azərbaycan Xalçası və Xalq tətbiqi sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva festival iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, festivalda Sumqayıt şəhərinin, eyni zamanda Abşeron rayonunun dekorativ-tətbiqi sənət növü ilə məşğul olan həm peşəkar, həm də həvəskar sənət ustaları iştirak edirlər. Sərgidə müxtəlif texnikalarda işlənmiş ümumilikdə 322 sənət nümunəsi nümayiş etdirilir. Bu sənət nümunələri sırasına milli musiqi alətləri, təkəlduz-tikmə, ağacdan oyma və ağac üzərində yandırma, tikmə, parça üzərində mozaika, keramika, xalça, toxuma, gil və balıqqulağı ilə işləmələr, muncuqla işlənmiş bəzək əşyaları daxildir.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir