Sabahdan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində IV Avropa Film Festivalına start verilir. Festival çərçivəsində 17 Avropa filmini pulsuz izləmək mümkün olacaq. Bu il festivalın proqramına Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq və bir Azərbaycan filminin nümayişi daxildir.
Layihə Avropa İttifaqı Nümayəndəliyi (Aİ) və Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri tərəfindən təşkil olunur. Festivalın açılışı "Antibə bir tərəfə bilet" İsveç filminin nümayişi ilə baş tutacaq. Sabah bu filmin rejissoru Riçart Hobert filmi şəxsən təqdim etmək üçün 30 oktyabr tarixində Bakıya gəlir. Festivalın digər fəxri qonaqları Böyük Britaniyadan ssenarist Pol Freyzer, "Atəşli ürək. Tadas Blinda haqqında əfsanə" Litva filminin operatoru Ramunas Qreysius, Vyanada eyni adlı "Üçüncü Adam" Muzeynin Direktoru Jerar Ştrassqşvantner, "Xəyalların komandası 1935" Latviya filminin prodüseri Liqa Pipare və administratoru Diana Stepan və digərləri olacaqdır. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək. Filmlər Park Cinema (Park Bulvar), Park Cinema (Metro Park) və Nizami Kino Mərkəzində nümayiş olunacaq. Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək. Bütün filmlərə giriş ödənişsizdir. Biletlər Park Cinema şəbəkəsinin kassalarından əldə oluna bilər. Avropa Film Festivalı və filmlərin cədvəli haqqında əlavə məlumat üçün www.parkcinema, www.facebook.com/ParkCinema və ya www.eeas.europa.eu/delegations/azerbaijan səhifələrinə daxil olun.Xatırladaq ki, Avropa Film Festivalı artıq üçüncü dəfədir ki, Park Cinema-da həyata keçirilir.
Modern.az