Modern.az

Müdafiə nazirindən YENİ TƏYİNATLAR

Müdafiə nazirindən YENİ TƏYİNATLAR

Təhsil

29 Oktyabr 2013, 10:50

Yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib. Modern.az xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Piri İsrafilov general-mayor rütbəsinə bu il 26 iyun tarixində layiq görülüb. “Onun general olması bir çoxları üçün şok effekti yataratmışdi. O MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi”.

Ü.Cəfərovun sözlərinə görə, Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıb. Onun yerinə isə general-mayor Altay Mehdiyevin təyin olunduğu bildirilir.

Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi vəzifəsini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də tutduğu vəzifədən kənarlaşdırılıb.

“Hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq,  xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Hörmətli Hərbi Prokurorluq bu günə qədər həmin məsələyə niyə aydınlıq gətirməyib, deyə bilmərəm. Amma Mirzəli Yusifovun belində cinayət işi hələ də açıq qalır”.

Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev isə Müdafiə Nazirliyinin komendantı təyin edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat