“Azərbaycan heç bir ölkədən təcrid olunmamalıdır. Müxtəlif rəylər ola bilər. Amma Azərbaycan Avroatlantik məkana inteqrasiya prosesini davam etdirməlidir. Biz israrla Avropa Birliyinin Şərq Tərəfdaşlığı Çərçivəsini davam etidmrəyik.
Avronestdə fəaliyyətimizi davam etdirməliyik. Azərbaycan heç bir beynəlxalq təşkilatdan təcrid olunmamalıdır”.
Modern.az bildirir ki, bu sözləri Milli Məclisin iclasında deputat İqbal Ağazadə bildirib. O qeyd edib ki, Avropa Birliyinin Qarabağ münaiqşəsi ilə bağlı verdiyi bəyanata görə minnətdar olmalıyıq.
İqbal Ağazadə “Yeni Musavat” qəzetinin yayımına mane olan süni məsələləri aradan qaldırmağa çağırıb. Deputat həmçinin deyib ki, özəl tibb müəssisələrində və dövlət xəstəxanalarında iki jurnalistin yaxın qohumlarının vəfatı ciddi narazılıq doğurub. “Bununla bağlı ciddi araşdırma aparan yoxdur”-deyə o vurğulayıb.
Deputat hakimiyyəti İlqar Məmmədov və Tofiq Yaqublunu həbsədən azad etməyə çağırıb.
“Əminliklə deyirəm ki, baş vermiş hadisələrdə onların əli olmayıb. Mən məhkəmənin qərarına təsir etmək istəmirəm. Hakimiyyət nümayəndələri bununla bağlı düşünməlidir və həbs qəti imkan tədbiri dəyişdirilməlidir”.
Aytən Əliyeva