Modern.az

“Doing Business” illik siyahısında Azərbaycan 70-ci pillədədir

“Doing Business” illik siyahısında Azərbaycan 70-ci pillədədir

Təhsil

29 Oktyabr 2013, 12:37

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının əlverişli biznes mühiti ilə bağlı tərtib etdikləri “Doing Business” illik siyahısında Azərbaycan 70-ci pillədədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, dünyanın 189 ölkəsinin yer aldığı “Doing business-2013” siyahısında qonşu ölkələrdən Türkiyə Azərbaycanı bir pillə qabaqlayaraq 69-cu yerdədir. Qonşu İran biznes aparmaq üçün əlverişli 152-ci ölkə sayılır. Ötən ilə nisbətən 20 pillə irəliləyən Rusiya 92-ci yerdədir. Siyahıda Gürcüstan 8-ci, Ermənsutan 37-ci yerdə qərarlaşıb. Ən əlverişli biznes mühitinə malik ölkələr isə Sinqapur, Honkonq, Yeni Zelandiya və ABŞ hesab olunur.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat