Modern.az

YAP “Sərbəst toplaşmaq haqqında” qanunu dəyişdirməyi təklif edir

YAP “Sərbəst toplaşmaq haqqında” qanunu dəyişdirməyi təklif edir

Təhsil

29 Oktyabr 2013, 12:39

Milli Məclisin bugünkü iclasında çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Sərbəst toplaşmaq haqqında” qanuna yenidən baxılmasını təklif edib.

Modern.az bildirir ki, deputat Avropa Parlamentinin seçki ilə bağlı son rəyini “ölkədə qarşıdurma yaratmaq” kimi qiymətləndirib.

“Azərbaycanda müşahidə aparan Avropa Parlamentinin üzvləri çox müsbət qərar verdilər. Amma indi seçkidə iştirak etməyən şəxslər buna rəy verirlər. Onlar nəyə əsasən bu cür bəyanatı yayırlar?”-deyə deputat qəzəblə bildirib.

S.Novruzovun sözlərinə görə, bu münasibət ATƏT-in  Avropa Birliyinin  Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir.

“Onlar hər zaman deyirdlər ki, müxalifətə mitinq üçün yer verilmir. Amma müxalifət indi şəhərin mərkəzində də, istədikləri yerdə aksiya keçirirlər. Avropa Parlamenti sadəcə ölkədə qarşıdurma yaratmaq istəyir. “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna yenidən baxılsın”-deyə deputat təklif edib.

  Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat