Modern.az

Sabit hava şəraiti davam edəcək

Sabit hava şəraiti davam edəcək

Təhsil

29 Oktyabr 2013, 12:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günorta saatlarında cənub küləyi  üstünlük təşkil edəcək. Gecə havanın temperaturunun 8-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

 Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat