Modern.az

Bazar müdirinə cinayət işi açılıb

Bazar müdirinə cinayət işi açılıb

Təhsil

30 Aprel 2010, 13:51

2008-ci ilin aprel ayı ərzində Salyan rayon İstehlak Cəmiyyətinin tabeçiliyində olan Salyan şəhər Sənaye Bazarının müdiri  Füzuli Həsənov rayon sakinləri Fəxrəddin Zeynalovun, Ayaz İsgəndərovun, Rafiq Muradovun, Ülvü Pənahovun, Şəfiqə Bağırovanın, Rəfiqə Yusifovanın, Adil Kazımovun, Qadir Ələkbərovun, Nəsimi Dadaşovun, Rövşən Nəzirovun və qeyrilərinin etimadlarını qazanaraq, bazarda icarəyə götürdükləri mağazaları özəlləşdirmək adı ilə onlardan ümumilikdə 7.550 manat pul alıb. Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi bildirib. Nazirliyin məlumatında qeyd olunub ki, faktla əlaqədar 28.04.10 tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir