
“Azərbaycan nə qədər güclənirsə, ölkəmizə qarşı təzyiq artmaqdadır. Bu təzyiqin mənbəyi erməni lobbisidir. Bu lobbi özlərinin mövqelərini Avropa təşkilatlarının mövqeyi kimi təqdim etməyə çalışır”.
Modern.az bildirir ki, bu sözləri parlamentin bu günkü iclasında deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti bu gün həm Avropada, həm dünyada özünə yer qazanıb və nəticələri göz qabağındadır. “Əminəm ki, Azərbaycana qarşı yönəldilən bu təzyiqlər bir müddətdən sonra inkar ediləcək. Azərbaycan Avropaya Avropa dəyərləri üçün gedib. Ona görə bu istiqamətdə aparılan iş Azərbaycan xalqı tərəfindən dəstəklənir. Xalqa qarşı isə heç bir təşkilat çıxa bilməz”-deyə S. Seyidov vurğulayıb.
Aytən Əliyeva