Modern.az

YAP-çı deputatdan Elxan Süleymanova sərt ETİRAZ: “Bu, prezidentin işinə müdaxilədir”

YAP-çı deputatdan  Elxan Süleymanova sərt ETİRAZ: “Bu, prezidentin işinə müdaxilədir”

Təhsil

29 Oktyabr 2013, 12:59

“9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir”. Modern.az bildirir ki, bu sözləri Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətini prezident müəyyən edir.

“Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajotaj yaratmağa ehtiyac yoxdur”-deyə M.Qurbanlı bildirib. Deputat Avronest-dən çıxmaqla bağlı mövqeyi dəstəkləməyib. “Biz Avronestin üzvüyük və Şərq Tərəfdaşlığında yaxından iştirak edirik. Biz tribunalardan istifadə etməliyik. Avropa parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə biz AVRONEST-də fəaliyyətimizi dayandırmamalıyıq”-deyə o bildirib. M. Qurbanlı bu qurumdan çıxmaqla bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi bəyanatı ciddi tənqid edib.

“Həmkarlarımız inciməsin. Bəzən elə çıxış edirlər ki, bu  prezidentin siyasətinə müdaxilədir. Biz fikir bildirməliyik. Xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. AVRONEST-lə bağlı çağırışlar yerində deyil. Bu parlamentin səlahiyyətindədir”-deyə M.Qurbanlı vurğulayıb.

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat