Modern.az

“Azərbaycan Avronestdən yalnız parlamentin qərarı ilə çıxa bilər”

“Azərbaycan Avronestdən yalnız parlamentin qərarı ilə çıxa bilər”

Təhsil

29 Oktyabr 2013, 13:09

“Seçkilər bitdi və xalq öz fikrini bildirdi. Bu haqda artıq kənar təşkilatların rəyini müzakirə etməyə ehtiyac yoxdur”. Modern.az saytı bildirir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov  parlamentin bu günkü iclasında çıxış zamanı bildirib. Spiker Avropa Parlamentinin seçkilərə bağlı açıqladığı son rəyini tənqid edərək deyib ki, bu beynəlxalaq təşkilat əvvəlcədən belə bir mövqeyə hazırlıq görüb.

“Avropa Parlamenti ATƏT kimi əvvəl Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi. Amma sonra məcbur oldular. Seçkilərdən əvvəl onlar burada iclaslar keçirirdilər. Biz o zaman bildirdik ki, burada nəsə məsələlər hazırlanır. Ancaq bunun nəticələrini indi gördük. Çox təəssüf olsun ki, Avropa Parlamenti kənar təşkilatın verdiyi rəyləri qəbul etdi”.

Spiker həmçinin "AvroNest"lə bağlı münasibətini açıqlayıb. O.Əsədovun sözlərinə görə, "AvroNest" PA yaradılanda Azərbaycan onun təşəbbüskarlarından, həm də işçtirakçılarından olub.

“Avropa Parlamentində "AvroNest"in hansısa çağırışının eşidildiyini görməmişik. Bu o deməkdir ki, "AvroNest" PA öz işini yerinə yetirə bilmir”.

Buna baxmayaraq spiker qurumu tərk etmək barədə çağırışa etiraz edib.

“Azərbaycan "AvroNest"ə parlamentin qərarı ilı daxil olub və parlamentinin qərarı ilə də çıxa bilər. Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyəti genişləndirməlidir”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat