Modern.az

Neft Akademiyası ətrafında keçirilən aksiya başa çatıb (yenilənib)

Neft Akademiyası ətrafında keçirilən aksiya başa çatıb (yenilənib)

Təhsil

30 Aprel 2010, 14:10

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) terror aktı nəticəsində qətlə yetirilənlərin anım mərasiminin keçirilməsinə toplaşan gənclərlə polis arasında gərginlik, qarşıdurma davam edir. Metronun “28 may” stansiyasının ətrafı, ADNA istiqamətində olan bütün yollar polis tərəfindən nəzarətə götürülüb. Neft Akademiyasının binasına tərəf gedən yolda piyadaların hərəkəti məhdudlaşdırılıb. Akademiyanın binasına tələbə bileti olmayanları yaxın buraxmırlar. İldönümlə bağlı aksiya keçirmək istəyən 20-dən çox gəncin saxlanıldığına dair məlumatlar var.

Daxili İşlər Nazirliyi gənclərin hər hansı aksiyası keçirmələrinə imkan verilməyəcəyini bəyan edib. “30 Aprel - matəm!”, “Terrora yox!” şüarları səsləndirən gənclərin yürüşünə imkan verilməyib.

ADNA önündə anım tədbirinin qarşısının alınmasına Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev rəhbərlik edir.

Təhsil naziri Misir Mərdanov ADNA-nın qətliam baş vermiş korpusuna gəlib, həlak olanların xatirəsini sükutla yad edib. Jurnalistlərin «ölənlərin xatirəsinə abidə qoyulacaqmı?» sualına cavabında nazir deyib ki, bu məsələyə baxılacaq.

ADNA istiqamətinə buraxılmayan gənclərin bir qrupu yaxınlıqdakı Səməd Vurğun bağına toplaşaraq şam yandırıblar, bağdakı fəvvarənin üzərinə faciə qurbanlarını anan şüarlar yazıblar.

Ən son məlumata görə, bu gün saat 15.00-dək fəallıq göstərəcəklərini bəyan edən gənclər aksiyalarının baş tutmuş sayıldığı deyərək anım mərasimlərinin yekunlaşdığını bildiriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü