Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 29-da İlham Əliyev türkiyəli həmkarı Abdulla Gülə zəng edib, ona ad günü və Türkiyənin milli bayramı – Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Modern.az