“Sığorta şirkətləri inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onlar insanlarda inamsızlıq yaradırlar. Belə ki, onlar vətəndaşların haqlı ödənişlərini etmirlər”.
Modern.az bildirir ki, deputat Fəzail Ağamalı “Əhalinin sağlamlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı belə deyib.
Deputat qeyd edib ki, sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına mane olarsa, süründürməçilik yaradılarsa, cinayətə cəlb edilməlidirlər.
Vitse-spiker Ziyafət Əsgərov Fəzail Ağamalı ilə razılaşıb. O qeyd edib ki, bu gün insanların sığorta şirkətlərinə inamı azdır.
“ Qaldırılan problemlər olduğu üçün vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymur”-deyə Z.Əsgərov bildirib.
Aytən Əliyeva