Modern.az

Fərəc Quliyev: “AvroNest-də ermənilərin 32 təklifinin qarşısını aldıq”

Fərəc Quliyev: “AvroNest-də ermənilərin 32 təklifinin qarşısını aldıq”

Təhsil

29 Oktyabr 2013, 15:14


Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə salınmış 19 məsələyə baxılır. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev gündəliyə salınmış məsələlərə öz fikrini bildirib.

  Fərəc Quliyev  çıxışında Azərbaycanın AvroNest-dən çıxması ilə bağlı mətbuatdakı fikirlərə münasibət bildirib:

“Mətbuatda Azərbaycanın AvroNest-dən çıxacağı ilə bağlı fikirlər gedir. Azərbaycan Qərb dövlətləri ilə, Qərb təsisatları ilə inteqrasiyada maraqlıdır. Azərbaycan bölgədə  demokratiyanın üstün vəziyyətə gətirilməsində, terrorizmə qaşrı mübarizədə, nüvə komponentlərinin gizli daşınmasının qarşısının alınmasında, enerji təhlükəsizliyi sahəsində öz töhfəsini verib. Düşünürəm ki, gələcək inteqrasiya və əməkdaşlıq prosesində də Azərbaycan Avropa strukturlarını kənarda qoymayacaq. Hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar və orada təmsil olunan dövlətlərin  adından qəbul edilə bilməz. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə münasibətini dəyişməyəcək. Azərbaycanın dövlət siyasəti bütün Qərb dövlətləri ilə əlaqələrini inkişafını özündə ehtiva edir. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Bizim bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik. Azərbaycan doğru yoldadır”.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat