Modern.az

Eldəniz Quliyev: “Cəmil Həsənli Milli Şuranın həmsədri olsun”

Eldəniz Quliyev: “Cəmil Həsənli Milli Şuranın həmsədri olsun”

Təhsil

29 Oktyabr 2013, 15:32


“Sabir Məmmədli çox böyük səhv edir”. Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. “Ümumiyyətlə, bir düşərgənin üzvü olduğumuza görə, ifadələrimizə fikir verməliyik. Sabir Məmmədli Müsavatın Məclisində siyasi etikaya yaraşmayan ifadə işlədir, Eldar Namazovu “Heydər Əliyevin qovluqdaşıyanı” adlandırıb. İyirmi ildir ki, bu təfəkkürlə yerlərində saymaqla məşğul olublar. Yaxşı ki, Rüstəm İbrahimbəyov mütərəqqi ideya ortaya qoymaqla Milli Şuranı yaratdı. Kövrək olsa da bu birlik var. Ümumiyyətlə, Sabir Məmmədli danışarkən sözlərinin bu birliyə zərbə olacağının fərqində olsun”.

Qeyd edək ki, Müsavat Məclisinin üzvü Sabir Məmmədli Eldar Namazov və digərlərini Milli Şura”nın vahid namizədinin müəyyən olunmasını ləngitməkdə ittiham edib.

Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun Milli Şurada həmsədrlik təklifinə müsbət yanaşdığını bildirib. Ali Məclis sədri həmsədr kimi Cəmil Həsənli ilə Rüstəm İbrahimbəyovu görmək istədiklərini əlavə edib. “Bu gün Milli Şura Azərbaycan daxilində müəyyən nüfuza malikdir. Milli Şuranı vahid orqanizm kimi qorumaq üçün həmsədrlik institutu zərurətə çevrilib. Müəyyən problemlərin həllində həmsədr kimi Cəmil Həsənli böyük iş görə bilər”.  

Vüqar İsmayılov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat