Modern.az

Fransalı səfir: “Həmsədrlər Dağlıq Qarabağın danışıqlarında tərəf kimi iştirak etməsi haqda düşünür”

Fransalı səfir: “Həmsədrlər Dağlıq Qarabağın danışıqlarında tərəf kimi iştirak etməsi haqda düşünür”

Təhsil

29 Oktyabr 2013, 16:35

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirak etməsi barədə düşünür”. Modern.az saytı xəbər verir ki, bunu Yerevanda keçirilən mətbuat konfransında Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan və Ermənistanın mövqeləri vacibdir.

“Fikirləşirəm ki, Azərbaycan və Ermənistan Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi barədə qərar verməlidirlər. Qarabağ münaqişəsini məntiqi sonluğa çatdırmaq üçün bütün vasitələrdən istifadə olunacaq”.

Səfirin sözlərinə görə, Avropa Birliyi ATƏT-i vasitəçi kimi dəstəkləyir. “Münaqişənin həlli prosesini öz üzərinə götürən ATƏT Avropa Birliyi tərəfindən birbaşa dəstəklənib”.

 Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat